Layihə haqda
“Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanda layihələrin sayı artmışdır. Layihələr yalnız iş həcmi, vaxt, büdcə, keyfiyyət və bu kimi digər məhdudiyyətlər daxilində yerinə yetirilərsə uğurlu hesab olunur. Belə olan halda layihələrin uğurlu olması üçün onun idarə olunması, nəzarət və planlaşdırılmasına cavabdeh olan yüksək səviyyəli mütəxəssislərə ehtiyac yaranır. Bunu nəzər alaraq ölkəmizdə ilk dəfə olaraq Layihələrin İdarə Olunması, Planlamanın layihədəki rolu, onun prinsip və fəlsəfəsini izah edən PULSUZ video dərslərin hazırlanmasını qərara aldıq. Dərslər “Planlama üçbucağına” əsasən 3 hissədən ibarət olacaq:
1. Layihə nədir?
2. Planlama nədir?
3. Layihədə Planlama
Öncədən qeyd
edək ki, planlamanın Azərbaycanda yeni sahə olduğunu və bir çox terminlərin dilimizdə
çətin anlaşıldığını nəzərə alaraq əsas terminləri olduğu kimi – ingilis dilində
təqdim edəcəyik.
Bundan əlavə,
PLANNING.AZ olaraq sizə A-dan Z-yə Layihəyə Nəzarət
Sisteminin Hazırlanması və Tətbiqini təklif edirik. Beynəlxalq sertifikasiyalı peşəkarlardan
qurulmuş heyətimiz üzərinə götürdüyü öhdəliklərin əhəmiyyətini dərk edir, müştərilərə
dürüst və keyfiyyətli xidmət göstərir. Yalnız nəzəri biliklər yox, həmçinin
milyardlıq layihələrin təcrübəsinə malik komandamız müştərilərini davamlı və
iqtisadi baxımdan məqbul həllərlə təmin edir. Beləliklə həm də Azərbaycan iqtisadiyyatının
dayanıqlı inkişafında pay sahibi olur.
Məqsədimiz
- Yerli şirkətlərdə çalışan, planlamanın prinsiplərini A-dan Z-ə qədər mənimsəyən və bu prinsipləri çalışdıqları mühitdə həyata keçirən mütəxəssislərinin yetişdirilməsi
- Ölkədə fəaliyyət göstərən transmilli şirkətlərdə Layihələrə Nəzarət və ya Planlama şöbələrinə namizəd kadrların hazırlanması
- Xarici dövlətlərdə ölkəmizi layiqli təmsil edəcək peşəkar mütəxəssislərin hazırlanması
- Ölkədə Planlama autsorsinqi mədəniyyətinin aşılanması
Dəyərlərimiz
Şəffaflıq Keyfiyyət BərabərlikPLANNING.AZ Loqosu
-
Solda göstərilən əl-ələ tutmuş insanlar planlamanın iterativliyini (təkrarlanan olmasını) bildirir. Detallı Plan adətən layihənin planlama mərhələsində hazırlanır. Növbəti mərhələlərdə layihənin inkişafından (proqressdən) asılı olaraq yeni planlamaya ehtiyac yaranır və bu proses layihənin sonuna qədər davam edir.
-
Bar Çartlar iş qrafikinin (schedule) ayrilmaz tərkib hissəsidir. Onlar iş qrafiki yaradılan zaman hazırlanır və proqressi izləmək və ya layihə komandasına hesabat vermək üçün əla vasitə hesab olunur.
-
Bar çartlar arasındakı ox və məcburi asılılıq – Bu ox görülən işlər arasındakı FS məcburi asılılığı (FS Mandatory dependency) göstərir. Planlamaya görə, bu asılılıqla əlaqələnən tapşırıqlarda birinci tapşırıq bitməmiş növbəti başlaya bilməz. Loqo özündə ilk tapşırığın bitdiyini və ikincinin yarıyadək görüldüyünu təzahür edir.