Bizi izlə

Planning.az

  • Layihə və Planlama
    • Layihə Nədir?
    • Planlama Nədir?
    • Layihədə Planlama
  • Xidmətlər
  • Məqalələr
  • Xəbərlər
  • Haqqımızda
    • Biz kimik ?
    • Komandamız
    • Əlaqə
en
Dərslər

MƏQALƏLƏR

Ən çox oxunan yazılar
#

Planlama Mühəndisi vəzifəsinə müsahibə sualları - III hissə


Sual 21: Eyni planın (schedule) iki müxtəlif yeniləmə versiyası (update) arasındakı fərqi necə təyin edərsiniz?

Cavab: Mən Primavera P6-da olan Claim Digger funksiyasindan istifadə edərəm

 

Sual 22: DCMA qiymətləndirmə haqqında nə bilirsiniz?

Cavab: DCMA ilkin planı (Baseline Schedule) qiymətləndirmək üçün 14 nöqtəli qiymətləndirmə metrikasıdır və aşağıdakıları əhatə edir: 1. Məntiq 2. İrəliləmələri (Leads) 3. Geriləmələri (Lags) 4. Əlaqələr (Relationship) 5. Məhdudiyyətlət (hard constraint) 6. Böyük Flot (high float) 7. Neqativ Flot (negative float) 8. Böyük müddət (high duration) 9. Etibarsız tarixlər (invalid dates) 10. Resurslar 11. Unudulmuş işlər (missed tasks) 12. Kritik yolun testi (critical path test) 13. Kritik yolun uzunluq indeksi (Critical Path Length Index - CPLI) 14. Baseline Execution Index (BEI)

 

Sual 23: Gecikmə Analizi (delay analysis) texnikaları haqqında nə bilirsiniz?

Cavab: Adətən Müqavilə sənədlərində Zamanın uzadımasının (EOT – Extension of time) hesablama qaydası öz əksini tapır. Amma olmazsa, hansı qaydanın istifadə olunması barədə hır iki tərəfdən razılıq əldə olunmalıdır. Ən çox istifadə olunan qaydalar isə bunlardır: 1) Impacted as planned 2) Windows Analysis 3) Time Impact or 4) As-Built But-For

 

Sual 24: Float və Slack arasındakı fərq nədən ibarətdir?

Cavab: Heç bir fərq yoxdur. Bu sadəcə sinonimlərdir.

 

Sual 25: Planlamaçı və Skeduler (Scheduler) arasındakı fərq nədən ibarətdir?

Cavab: Hər ikisi tamamilə fərqlidir, lakin bir-biri ilə sıx bağlıdır.

 

Planlamaçı və ya Planlama Mühəndisi İFC çertyojları oxuyur, işləri (activity) müəyyən edir, onların müddətləti və resurslarını ərazinin vəziyyətinə görə hesablayır. O tender mərhələsindən tutmuş tikinti fazasına kimi görüləcək işləri yaxşı bilir. Mühəndislik təcrübəsinin olması vacibdir. Digər tərəfdən, Skeduler, daha detallaşdırmaq üçün Planlamaçı tərəfindən artıq görülmüş işləri öz üzərinə götürür. Bu iş mühəndislik biliklərinə ehtiyac duymur.

Planlamaçı Kim? Nəyi? Necə? Suallarına cavab verirsə, Skeduler Nə vaxt? Sualını cavablandırır. İstənilən halda hər ikisinin mükəmməl Planlama proqram təminatı biliyi olmalıdır.

 

Sual 26: Primavera P6-da hansı % bitmə (% complete) növləri vardır?

Cavab: Fiziki (Physical), Vahid (Units) & Zaman (Duration).

Sual 27: Primavera P6-da hansı zaman növləri (duration type) vardır?

Cavab: Fixed Units, Fixed Units/Time, Fixed Duration & Units, Fixed Duration & Units/Time.

Sual 28: Məhsuldarlıq (productivity) nədir?

Cavab: Məhsuldarlıq istənilən işləyən varlığın/şəxsin səmərəliliyidir. Bir iş saatında görülmüş işin nəticəsinin miqdarı ilə ölçülür. Məhsuldarlıq dərəcələri sizin bir qrupunuzun nə qədər səmərəli olduğunu müəyyənləşdirir. Düsturu isə belədir:  Məhsuldarlıq = Nəticə / Görülən iş (Productivity = Output / Input)

Nümunə: Deyək ki, sizin 2 bənnanız var (A və B) və onların keçən həftə üçün işini qiymətləndirmək istəyirsiniz. A keçən həftə 50 saat, B isə 30 saat çalışmışdır. A 5000 daş, B isə 3500 daş hörmüşdür. Planlamaçı olaraq daha çox daş hördüyü üçün siz A bənnasını bəyənə bilərsiniz. Amma gəlin onların məhsuldarlığını yoxlayaq

Bənna A= 5000/50saat = 100/saat

Bənna B= 3500/30saat=116/saat

Burada bənna B bənna A-dan daha məhsuldardır və buna görə də Bənna A-nı bacarıq səviyyəsini artırmaq lazımdır (məsələn müvafiq təlimlərə göndərməklə).

Sual 29: Planın (Schedule) hansı səviyyəlari vardır?

Cavab: Bu haqda müxtəlif fikirlər vardır – Bəziləri planın 6, bəziləri 5, digərləri isə 4 səviyyəsinin olduğunu bildirir. Daha öncəki nəslin hələ də ən məntiqli hesab etdiyi 6 səviyyəli plan səviyyələrini aşağıda sizə izah edəcəm:

I SƏVİYYƏ: Baxış/Ümumi Plan (Overview)

II SƏVİYYƏ: Sahəyə uyğun bölgü (Area Wise)

III SƏVİYYƏ: Şöbəyə uyğun bölgü (Discipline Wise)

IV SƏVİYYƏ: Önəmli işlərə uyğun bölgü (Major Activities)

V SƏVİYYƏ: Detallı işlərə uyğun bölgü (Detailed Activities)

VI: Mikro işlərə uyğun bölgü (Micro-detail Activities)

Sual 30: Layihə Planlamaçısı və Layihə Nəzarətçisi arasındakı fərq nədir?

Cavab: Layihə Planlamaçısı WBS hazırlanması, layihə nəticələrinin müəyyənləşdirilməsi, maylstonları, ilkin planı (baseline), büdcənin planlaması, izləyici faylların (tracker) hazlırlanması və s. yerinə yetirir. Eyni planlamaçı hamı tərəfindən qəbul olan son layihə planını və büdcəni yazırlayir.

Layihə nəzarətçisi isə risk registeri yaratmaqla, kritik yolu təhlil etməklə, yumşatlma (Mitigation) planlarını hazırlamaqla, layihə KPI-ni izləməklə plana nəzarət olunmasını heyata keçirir və onun vaxtında və büdcəyə uyğun  davam etdirilməsini təmin edir. Layihə nəzarətçisi yalnız təşkilati normalara uyğun olan məhsuldarlıq və hesabatlara diqqət edir.

 
Paylaş
3448 baxış
#

Planlama Mühəndisi vəzifəsinə müsahibə sualları - II hissə

Sual 11: Kick-off Meeting (Start görüşü) bar
3240 baxış
#

Excel-də qısa yollar - I Hissə

Planlama / Xərclərə nəzarət mühəndisi üç
3767 baxış
#

Planlama Mühəndisi vəzifəsinə müsahibə sualları - I hissə

Planlama Mühəndisi müsahibəsindəki suallar,

Planning.az

Ağıllı Planlaşdırma, Qüsursuz İcra

Faydalı linklər

  • PMI
  • AACE

Bizimlə əlaqə

  • +994 50 722 44 99

  • info@planning.az
  • Bakı, Azərbaycan

Video Dərslər

  • Layihə Nədir?
  • Planlama Nədir?
  • Layihədə Planlama

© BÜTÜN HÜQUQLAR QORUNUR. PLANNING.AZ 2018 - 2025